• Home  
  • Türkiyədə təriqət lideri həbs edilib : 200 kq qızıl müsadirə olunub
- Dünya - KriminaI - Manşet

Türkiyədə təriqət lideri həbs edilib : 200 kq qızıl müsadirə olunub

Türkiyədə “Süleymançılar” dini təriqətinin lideri Əlixan Kuriş həbs edilib. Əks-səda xəbər verir ki, Kuriş daxil olmaqla 32 nəfər həbs edilərək cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Saxlanılan altı nəfər barəsində isə polis nəzarətinə verilmə qərarı çıxarılıb. Avqustun 13-də Ankara Respublika Baş Prokurorluğu tərəfindən “Əlixan Kuriş cinayət təşkilatı”na qarşı istintaq başladılmış, Ə. Kuriş daxil olmaqla, 40-a yaxın şəxs saxlanılmışdı. Onlara […]

Türkiyədə “Süleymançılar” dini təriqətinin lideri Əlixan Kuriş həbs edilib.

Əks-səda xəbər verir ki, Kuriş daxil olmaqla 32 nəfər həbs edilərək cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Saxlanılan altı nəfər barəsində isə polis nəzarətinə verilmə qərarı çıxarılıb.

Avqustun 13-də Ankara Respublika Baş Prokurorluğu tərəfindən “Əlixan Kuriş cinayət təşkilatı”na qarşı istintaq başladılmış, Ə. Kuriş daxil olmaqla, 40-a yaxın şəxs saxlanılmışdı. Onlara qarşı cinayət təşkilatı yaratmaq və ona üzv olmaq, çirkli pulların yuyulması, dələduzluq, vergidən yayınma kimi ittihamlar irəli sürülmüşdü. Aparılan axtarışlar nəticəsində Ə. Kuriş və təriqətlə əlaqəli müxtəlif ünvanlarda milyonlarla dollar dəyərində qızıl əşyaları tapılıb. Bundan başqa, fərqli ölkələrdəki bank hesablarına təqribən 1,4 milyard dollar həcmində valyuta köçürüldüyü aşkarlanıb.

“Süleymançılar” nəqşibəndiliyə əsaslanan təriqətdir. Ötən əsrin ortalarında qurulan təriqət qapalı idarəetmə sistemi ilə diqqət çəkir. Təriqət ölkə daxilində və xaricdə, əsasən, təhsil qurumları və Quran kursları qurmaqla tanınıb.

Həmçinin qeyd edək ki, həbslərin ardınca “Süleymançılar” təriqətinin lideri Alihan Kurişin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin çirkli pulların yuyulması işi üzrə istintaq çərçivəsində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 200 kq külçə qızıl müsadirə edib.

Külçələr Kurişin qardaşının evində aparılan axtarış zamanı tapılıb, qızılın dəyəri 1.34 milyard lirə (təxminən 28 milyon dollar) həcmində qiymətləndirilir. Qızılın mənşəyi hələlik məlum deyil.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.