Yaponiyanın Tiba prefekturasında leysan yağışlar 10 nəfərin ölümü, 2 nəfərin isə itkin düşməsi ilə nəticələnib.
Əks-səda xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Daşqınlar nəticəsində 1 834 binanı su basıb, 42 ev qismən zədələnib, 12 ev tamamilə dağılıb. 2 500-ə yaxın avtomobil isə su altında qalıb.


