• Home  
  • “TikTok” pul köçürmə sistemini istifadəyə verə bilər
- Dünya - Gündəm - Texnologiya

“TikTok” pul köçürmə sistemini istifadəyə verə bilər

“TikTok” sosial platforması istifadəçilər arasında birbaşa tətbiq daxilində pul köçürmə funksiyasının istifadəyə verilməsi imkanlarını araşdırır. Əks-səda xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, yeni funksiya hazırda yalnız Vyetnam, Malayziya və Tailandda fəaliyyət göstərən və yalnız “TikTok Shop”da ödəniş üçün nəzərdə tutulmuş “TikTok Pay”dən istifadə edilərək yaradıla bilər. “Bloomberg” qeyd edib ki, belə bir […]

“TikTok” sosial platforması istifadəçilər arasında birbaşa tətbiq daxilində pul köçürmə funksiyasının istifadəyə verilməsi imkanlarını araşdırır.

Əks-səda xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, yeni funksiya hazırda yalnız Vyetnam, Malayziya və Tailandda fəaliyyət göstərən və yalnız “TikTok Shop”da ödəniş üçün nəzərdə tutulmuş “TikTok Pay”dən istifadə edilərək yaradıla bilər.

“Bloomberg” qeyd edib ki, belə bir vasitənin istifadəyə verilməsi tətbiqin ekosistemində auditoriyanı saxlamağa və əməliyyatlardan əlavə gəlir əldə etməyə kömək edəcək.

Nəşr vurğulayıb ki, istifadəçilər bu il “TikTok” xidmətləri vasitəsilə 2,9 milyard dollardan çox pul xərcləyiblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.