• Home  
  • Silahlı şəxslər Ədən körfəzində tankeri ələ keçiriblər
- Dünya - Gündəm - Hadisə

Silahlı şəxslər Ədən körfəzində tankeri ələ keçiriblər

Altı silahlı şəxs Yəmən sahilləri yaxınlığında, Ədən körfəzində tankeri ələ keçirib və gəmini Somali istiqamətinə yönləndirib. Əks-səda xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) “X” sosial şəbəkəsindəki məlumatında bildirilib. Qurumun məlumatına görə, hadisə Əl-Mükəllad yaxınlığında baş verib. Ədən körfəzi ilə qərbə doğru hərəkət edən tanker icazəsiz gəminin yaxınlaşdığını […]

Hadisə

Altı silahlı şəxs Yəmən sahilləri yaxınlığında, Ədən körfəzində tankeri ələ keçirib və gəmini Somali istiqamətinə yönləndirib.

Əks-səda xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) “X” sosial şəbəkəsindəki məlumatında bildirilib.

Qurumun məlumatına görə, hadisə Əl-Mükəllad yaxınlığında baş verib. Ədən körfəzi ilə qərbə doğru hərəkət edən tanker icazəsiz gəminin yaxınlaşdığını bildirərək VHF 16 kanalında fəlakət siqnalı verib.

Daha sonra UKMTO altı silahlı şəxsin tankerin göyərtəsinə qalxması, gəmini nəzarətə götürməsi və onun kursunu Somali istiqamətində dəyişdirməsi barədə məlumat alıb.

Hakimiyyət orqanları araşdırma aparır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.