• Home  
  • Məhkəmə məşhur türkiyəli müğənni Mabel Matizlə bağlı qərar verdi
- Dünya - Gündəm - Maqazin

Məhkəmə məşhur türkiyəli müğənni Mabel Matizlə bağlı qərar verdi

Məşhur türkiyəli müğənni Mabel Matiz, “Ha Leylim” adlı mahnısı ilə bağlı başladılan istintaq üzrə hüquq-mühafizə orqanlarında dindirilib. Əks-səda xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, sənətçi ölkə hüdudlarını tərk etmə qadağasını nəzərdə tutan məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb. Qeyd olunur ki, əsl adı Fatih Karaca olan və səhnədə Mabel Matiz kimi […]

Mebel Matiz

Məşhur türkiyəli müğənni Mabel Matiz, “Ha Leylim” adlı mahnısı ilə bağlı başladılan istintaq üzrə hüquq-mühafizə orqanlarında dindirilib.

Əks-səda xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, sənətçi ölkə hüdudlarını tərk etmə qadağasını nəzərdə tutan məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Qeyd olunur ki, əsl adı Fatih Karaca olan və səhnədə Mabel Matiz kimi məşhurluq qazanan ifaçı, “Ha Leylim” mahnısının sözləri və video klipindəki ədəbsizlik iddialarına görə açılan cinayət işi çərçivəsində ifadə verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.