Tehranda konsert verdiyinə görə daha əvvəl həbs edilən müğənni Heyva Seyfizadə dörd il müddətinə azadlıqdan məhrum edilib.
Əks-səda xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, o, əxlaqsızlığın təbliğində ittiham olunub.
Qeyd edək ki, Heyva Seyfizadə 2024-cü il fevralın 27-də Tehranda “Reberu” zalında konsert verərkən həbs edilib. O, bir müddət sonra girov qarşılığında məhkəməyə qədər müvəqqəti olaraq sərbəst buraxılıb.


