Rusiya ordusu yenidən Ukraynanın paytaxtı Kiyevə kütləvi hava zərbələri endirib.
Əks-səda xəbər verir ki, yerli vaxtla 04:44-dən başlayan hava hücumları paytaxtı və vilayəti əhatə edib.
Hava zərbələri ballistik raket və müxtəlif tipli qanadlı raketlərdən ibarət olub. Ukraynanın hava hücumundan müdafiə sistemi raketlərin bəzilərini havada zərərsizləşdirib.


