• Home  
  • PUA hücumları səbəbindən Moskva aeroportlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib
- Dünya - Gündəm - Hadisə

PUA hücumları səbəbindən Moskva aeroportlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib

Rusiyanın Jukovski və Domodedovo hava limanları fəaliyyətini dayandırıb, Şeremetyevo və Vnukovo isə müvafiq orqanlarla razılaşdırılmaqla reyslərə xidmət göstərir. Əks-səda xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidməti məlumat yayıb. Agentlikdə izah ediblər ki, bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Vnukovoda məhdudiyyətlər artıq iki saatdan çox, Domodedovo və Jukovskidə təxminən bir saat, Şeremetyevoda isə qırx […]

Rusiya, PUA, Ukrayna

Rusiyanın Jukovski və Domodedovo hava limanları fəaliyyətini dayandırıb, Şeremetyevo və Vnukovo isə müvafiq orqanlarla razılaşdırılmaqla reyslərə xidmət göstərir.

Əks-səda xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidməti məlumat yayıb.

Agentlikdə izah ediblər ki, bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Vnukovoda məhdudiyyətlər artıq iki saatdan çox, Domodedovo və Jukovskidə təxminən bir saat, Şeremetyevoda isə qırx dəqiqədir ki, qüvvədədir.

Bu müddət ərzində Moskva yaxınlığında 7 pilotsuz uçuş aparatı vurulub. Hazırda xəsarət alanlar və ya dəymiş ziyanla bağlı məlumat yoxdur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.