• Home  
  • Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
- Cəmiyyət - Gündəm - Hadisə - Ölkə

Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb

Dünən yağan leysan yağışları nəticəsində Daşkəsən-Mollahəsənli avtomobil yoluna iri qaya parçaları və palçıq kütləsi tökülüb, yol bağlanıb. Əks-səda xəbər verir ki, nəticədə kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Hadisə ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə əraziyə baxış keçirib, mövcud vəziyyətin aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara müvafiq […]

Daşkəsən, hadisə

Dünən yağan leysan yağışları nəticəsində Daşkəsən-Mollahəsənli avtomobil yoluna iri qaya parçaları və palçıq kütləsi tökülüb, yol bağlanıb.

Əks-səda xəbər verir ki, nəticədə kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Hadisə ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə əraziyə baxış keçirib, mövcud vəziyyətin aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Problemin aradan qaldırılması istiqamətində “31 saylı Yol İstismarı” MMC, “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-nin dəstəyi ilə əraziyə texnikalar cəlb olunub. Yol iri qaya parçaları və palçıq kütləsindən təmizlənib, gediş-gəliş bərpa olunub.

Qeyd edək ki, Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.