İngiltərənin “Aston Villa” klubu Almaniyanın “Bavariya” komandasının sabiq yarımmüdafiəçisi Leon Qoretska ilə danışıqlar aparır.
Əks-səda xarici mediaya istinadən xəbər verir ki, tərəflər arasında proses artıq başlayıb.
31 yaşlı almaniyalı futbolçu “Bavariya”dan ayrıldıqdan sonra azad agent statusundadır.
Qeyd edək ki, L.Qoretzka ötən mövsüm bütün turnirlərdə 48 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” portalında onun dəyəri 12 milyon avro qiymətləndirilir.


