• Home  
  • Avropa Komissiyası Ukraynaya silah alışı üçün 6,1 milyard avro ayırıb
- Dünya - Gündəm

Avropa Komissiyası Ukraynaya silah alışı üçün 6,1 milyard avro ayırıb

Avropa Komissiyası (AK) bazar ertəsi Ukraynaya silah alışı üçün 6,1 milyard avro ayrılmasını təsdiqləyib. Əks-səda xəbər verir ki, bu barədə Komissiyanın açıqlamasında bildirilib. “Ukraynanın Müstəqillik Günündə Avropa öz sarsılmaz və konkret dəstəyini nümayiş etdirir. Bu gün biz Ukraynanın böyük ehtiyac duyduğu hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri, raketlər, döyüş sursatları və radarlara 6,1 milyard […]

Avropa Komissiyası

Avropa Komissiyası (AK) bazar ertəsi Ukraynaya silah alışı üçün 6,1 milyard avro ayrılmasını təsdiqləyib.

Əks-səda xəbər verir ki, bu barədə Komissiyanın açıqlamasında bildirilib.

“Ukraynanın Müstəqillik Günündə Avropa öz sarsılmaz və konkret dəstəyini nümayiş etdirir. Bu gün biz Ukraynanın böyük ehtiyac duyduğu hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri, raketlər, döyüş sursatları və radarlara 6,1 milyard avro ayrılmasını təsdiq etdik. Rusiyanın hücumlarının gücləndiyi şəraitdə biz Ukraynaya öz xalqını qorumağa və hava məkanının müdafiəsinə kömək etmək üçün fəaliyyətimizi artırırıq. Avropa Ukraynanı dəstəkləyir və lazım olanda ona bütün zəruri olanı təqdim edəcəyik”, – açıqlamada AK-nın sədri Ursula fon der Lyayenin sözlərinə istinadən deyilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.