• Home  
  • ABŞ “Bank of America”nı cərimələyib
- Dünya - Gündəm - Hadisə - İQTİSADİYYAT

ABŞ “Bank of America”nı cərimələyib

ABŞ-nin Maliyyə Nazirliyi “Bank of America”ya qarşı çirkli pulların yuyulmasına qarşı mübarizə pozuntuları və sanksiyalara riayət etmədiyinə görə cərimələr tətbiq olunduğunu açıqlayıb. Əks-səda xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu barədə 13 oktyabrda yayımlanan açıqlamada bildirib. Sənədə əsasən, bank Çin şəbəkələri tərəfindən həyata keçirilən şübhəli çirkli pulların yuyulması və qanunsuz maliyyə əməliyyatları ilə əlaqəli milli təhlükəsizlik […]

ABŞ-nin Maliyyə Nazirliyi “Bank of America”ya qarşı çirkli pulların yuyulmasına qarşı mübarizə pozuntuları və sanksiyalara riayət etmədiyinə görə cərimələr tətbiq olunduğunu açıqlayıb.

Əks-səda xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu barədə 13 oktyabrda yayımlanan açıqlamada bildirib.

Sənədə əsasən, bank Çin şəbəkələri tərəfindən həyata keçirilən şübhəli çirkli pulların yuyulması və qanunsuz maliyyə əməliyyatları ilə əlaqəli milli təhlükəsizlik risklərini azaltmadığına görə 1,21 milyard dollar cərimələnib.

Maliyyə qurumu həmçinin federal çirkli pulların yuyulmasına qarşı mübarizə qanunlarını pozduğuna görə əlavə 750 milyon dollar ödəməlidir. Maliyyə Nazirliyinin məlumatına görə, bank təxminən 5 milyard dollarlıq şübhəli əməliyyatların qarşısını ala bilməyib və bu barədə hakimiyyətə məlumat verməyib.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sanksiyaların pozulmasına görə “Bank of America” ilə 11,6 milyon dollarlıq razılaşma əldə edib.

Nazirliyin məlumatına görə, bank bir neçə milyon dollarlıq ödənişləri edərkən texniki səhvlər və ya insan səhvləri səbəbindən azı 475 qanun pozuntusu törədib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.