• Home  
  • Krasnodar və Dağıstandakı “Ozon” obyektləri PUA zərbələrinə məruz qalıb
- Dünya - Gündəm - Hadisə

Krasnodar və Dağıstandakı “Ozon” obyektləri PUA zərbələrinə məruz qalıb

Krasnodar və Dağıstanda (Rusiya) “Ozon”un logistika obyektləri avqustun 24-nə keçən gecə hücuma məruz qalıb, güclü yanğın başlayıb. Əks-səda xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “Telegram”da məlumat yayıb. Məlumata görə, Mahaçqalada pilotsuz uçuş aparatlarının zərbələri zamanı bir neçə nəfər xəsarət alıb. “Bütün sistemlər ştat rejimində işləyib, biz əməkdaşları operativ şəkildə təxliyə etdik”, – məlumatda bildirilib. […]

Hadisə

Krasnodar və Dağıstanda (Rusiya) “Ozon”un logistika obyektləri avqustun 24-nə keçən gecə hücuma məruz qalıb, güclü yanğın başlayıb.

Əks-səda xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “Telegram”da məlumat yayıb.

Məlumata görə, Mahaçqalada pilotsuz uçuş aparatlarının zərbələri zamanı bir neçə nəfər xəsarət alıb.

“Bütün sistemlər ştat rejimində işləyib, biz əməkdaşları operativ şəkildə təxliyə etdik”, – məlumatda bildirilib. Hadisə yerində fövqəladə xidmətlər işləyir. Anbarların işi dayandırılıb.

Məlumatda qeyd olunub ki, anbarda olan mallar vitrindən gizlədiləcək, onları sifariş etmək mümkün olmayacaq, bu anbardan çatdırılan sifarişlər isə ləğv ediləcək və onlara görə pul qaytarılacaq.

“Ozon”un obyektləri ilk dəfə avqustun 22-nə keçən gecə Samara vilayətində hücuma məruz qalıb. Bundan əvvəlki iki ay ərzində isə “Wildberries” anbarlarına zərbələr endirilirdi. Avqustun ortalarında Ukrayna Müdafiə Nazirliyi bildirmişdi ki, həmin vaxta qədər “Wildberries”in 10 ən böyük logistika habından 7-si artıq sıradan çıxarılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.