ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) “hava-hava” sinifli ultra uzaqmənzilli “AIM-424 LRAAM-Malice” raketini hazırlayır: onun fəaliyyət mənzili 460 km-i ötür.
Əks-səda xəbər verir ki, bu barədə məlumat HDQ-nin saytında yayımlanıb.
ABŞ bəyan edib ki, “AIM-424” donanmanın müdafiəsini gücləndirmək və qabaqcıl təhdidlər üzərində həlledici hava üstünlüyünü qoruyub saxlamaq üçün nəzərdə tutulub. Raket dördüncü, beşinci və altıncı nəsil aviasiya platformaları üçün yaradılıb.
“AIM-424” bərk yanacaqlı mühərriklə təchiz edilib, onun uzunluğu – təxminən 4 m, çəkisi 680 kq-ı ötür.


