• Home  
  • Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb

Əlcəzairin bir neçə əyalətini bürüyən meşə yanğınları nəticəsində azı 12 nəfər həlak olub. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Səid Sayud bildirib. Cicel əyalətində beş, Becayədə dörd, Tizi-Uzuda isə üç nəfər həlak olub. 54 nəfər yanıq xəsarətləri alıb, onlardan altısı reanimasiyadadır. Əlcəzairin Mülki Müdafiə Xidmətinin məlumatına görə, çərşənbə günü ölkə […]

Hadisə

Əlcəzairin bir neçə əyalətini bürüyən meşə yanğınları nəticəsində azı 12 nəfər həlak olub.

Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Səid Sayud bildirib.

Cicel əyalətində beş, Becayədə dörd, Tizi-Uzuda isə üç nəfər həlak olub. 54 nəfər yanıq xəsarətləri alıb, onlardan altısı reanimasiyadadır.

Əlcəzairin Mülki Müdafiə Xidmətinin məlumatına görə, çərşənbə günü ölkə boyu 154 meşə yanğını qeydə alınıb. Becayə əyalətində 36 yanğın baş verib ki, onlardan da 18-ni nəzarət altına almaq mümkün olub.

Yanğınlar Şimali Afrikanı, xüsusən də Əlcəzair və Tunisi bürüyən şiddətli istilər fonunda baş verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.