• Home  
  • Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
- Dünya - Gündəm - KriminaI

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib

Ermənistanda keçmiş maliyyə naziri Qaqik Xaçatryanın saxlanılmasına order verilib. Əks-səda xəbər verir ki, bu barədə erməni mediası İstintaq Komitəsinə istinadən məlumat yayıb. “Xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması faktları üzrə cinayət istintaqı çərçivəsində təxirəsalınmaz istintaq və prosessual tədbirlər həyata keçirilib. Xaçatryanın və oğlunun mənzillərində, həmçinin onlarla əlaqəli təxminən 21 şirkətin ofis və filiallarında […]

Qaqik Xaçatryan

Ermənistanda keçmiş maliyyə naziri Qaqik Xaçatryanın saxlanılmasına order verilib.

Əks-səda xəbər verir ki, bu barədə erməni mediası İstintaq Komitəsinə istinadən məlumat yayıb.

“Xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması faktları üzrə cinayət istintaqı çərçivəsində təxirəsalınmaz istintaq və prosessual tədbirlər həyata keçirilib. Xaçatryanın və oğlunun mənzillərində, həmçinin onlarla əlaqəli təxminən 21 şirkətin ofis və filiallarında axtarışlar və digər tədbirlər aparılıb”, – məlumatda qeyd olunur.

İstintaq Komitəsinin məlumatına görə, cinayət istintaqı çərçivəsində Qaqik Xaçatryanın sonradan məhkəməyə təqdim edilməsi məqsədilə saxlanılması barədə qərar qəbul edilib.

Qaqik Xaçatryan 20 avqust 2008-ci ildən 26 aprel 2014-cü ilə qədər Ermənistan hökuməti yanında Dövlət Gəlirləri Komitəsinə (DGK) rəhbərlik edib. 2014-2016-cı illərdə Ermənistanın maliyyə naziri vəzifəsini tutub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.