• Home  
  • Göyçayda Şirvan suvarma kanalı yarılıb
- Hadisə - Manşet - Ölkə

Göyçayda Şirvan suvarma kanalı yarılıb

Göyçay rayonunda Şirvan suvarma kanalı yarılıb. Əks-səda xəbər verir ki, hadisə kanalın rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən hissəsində baş verib. Kanalın yarılması nəticəsində su yaxınlıqda yerləşən, yerli sakinlərin “qobu” adlandırdığı dərin çökəkliyə doğru axır. Hadisə yerinə aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması və su axınının dayandırılması istiqamətində tədbirlər görülür.

Göyçay rayonunda Şirvan suvarma kanalı yarılıb.

Əks-səda xəbər verir ki, hadisə kanalın rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən hissəsində baş verib.

Kanalın yarılması nəticəsində su yaxınlıqda yerləşən, yerli sakinlərin “qobu” adlandırdığı dərin çökəkliyə doğru axır.

Hadisə yerinə aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması və su axınının dayandırılması istiqamətində tədbirlər görülür.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.