• Home  
  • Makron istirahət fotolarına görə müxalifətin tənqidinə məruz qalıb
- Dünya - Gündəm - Maraqlı

Makron istirahət fotolarına görə müxalifətin tənqidinə məruz qalıb

Fransa Prezidenti Emmanuel Makron ölkədə anomal isti hava və meşə yanğınlarının davam etdiyi bir vaxtda Kot d”Azur sahillərində istirahətindən çəkilmiş fotolarının yayımlanmasından sonra müxalifətin tənqidinə məruz qalıb. Əks-səda Le Monde qəzetinə istinadən xəbər verir ki, Makron Fransanın cənubunda, prezident iqamətgahı Fort Breqanson ərazisində məzuniyyətdədir. Bu dövrdə ölkənin müxtəlif bölgələrində güclü istilər və meşə yanğınları müşahidə olunur. […]

Fransa Prezidenti Emmanuel Makron ölkədə anomal isti hava və meşə yanğınlarının davam etdiyi bir vaxtda Kot d”Azur sahillərində istirahətindən çəkilmiş fotolarının yayımlanmasından sonra müxalifətin tənqidinə məruz qalıb.

Əks-səda Le Monde qəzetinə istinadən xəbər verir ki, Makron Fransanın cənubunda, prezident iqamətgahı Fort Breqanson ərazisində məzuniyyətdədir. Bu dövrdə ölkənin müxtəlif bölgələrində güclü istilər və meşə yanğınları müşahidə olunur.

“Avropa – Ekologiya – Yaşıllar” partiyasının milli katibi Marin Tondelye fransız xalqının “apokaliptik yay” keçirdiyini, prezidentin isə məzuniyyəti zamanı özünə “reklam fotosessiyası” təşkil etdiyini bildirib.

Fransa Sosialist Partiyasının birinci katibi Olivye For da Makronu tənqid edib. O qeyd edib ki, bir çox vətəndaş istirahətə getmək imkanına malik olmadığı halda, prezident hidrosikldə əylənir.

Makronun komandası isə fotoların icazəsiz çəkildiyini bildirib. “Paris Match” jurnalında yayımlanan materialda prezidentin məzuniyyət zamanı telefonla işgüzar əlaqələri saxladığı və gündəlik idmanla məşğul olduğu da qeyd olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.