• Home  
  • Misirdə yol qəzası baş verib, azı 16 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Misirdə yol qəzası baş verib, azı 16 nəfər ölüb

Misirdə, Sinay yarımadasının cənubunda avtobusun qəzaya düşməsi nəticəsində azı 16 nəfər ölüb, daha 28 nəfər isə xəsarət alıb. Əks-səda “Sky News” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, qəza Dahab-Nuveyba yolunda baş verib. Hadisənin digər təfərrüatları və zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir. Qeyd edək ki, Sinay yarımadasının cənub hissəsi turistlər […]

Hadisə

Misirdə, Sinay yarımadasının cənubunda avtobusun qəzaya düşməsi nəticəsində azı 16 nəfər ölüb, daha 28 nəfər isə xəsarət alıb.

Əks-səda “Sky News” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, qəza Dahab-Nuveyba yolunda baş verib. Hadisənin digər təfərrüatları və zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir.

Qeyd edək ki, Sinay yarımadasının cənub hissəsi turistlər arasında populyardır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.