• Home  
  • Rusiya ordusu Odessada çoxmərtəbəli binanı vurub, yaralılar var
- Dünya - Gündəm - Hadisə

Rusiya ordusu Odessada çoxmərtəbəli binanı vurub, yaralılar var

Rusiya qoşunlarının Ukraynanın Odessa şəhərində yerləşən 21 mərtəbəli yaşayış binasına gecə hücumu nəticəsində üçü uşaq olmaqla 17 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak “Telegram” kanalında məlumat verib. Onun sözlərinə görə, zərbə binanın 10-cu mərtəbəsindən 17-ci mərtəbəsinədək olan mənzillərə, həmçinin yaxınlıqda park edilmiş avtomobillərə ziyan vurub. Hadisə yerində […]

Hadisə

Rusiya qoşunlarının Ukraynanın Odessa şəhərində yerləşən 21 mərtəbəli yaşayış binasına gecə hücumu nəticəsində üçü uşaq olmaqla 17 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, zərbə binanın 10-cu mərtəbəsindən 17-ci mərtəbəsinədək olan mənzillərə, həmçinin yaxınlıqda park edilmiş avtomobillərə ziyan vurub.

Hadisə yerində kommunal və fövqəladə xidmətlərin əməkdaşları çalışır.

Mütəxəssislər dəymiş zərəri qeydə almağa və hücumun nəticələrini aradan qaldırmağa davam edirlər. Sakinlər üçün operativ qərargahlar yaradılıb. Burada onlar zəruri yardım və məsləhətlər ala bilərlər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.