• Home  
  • Gömrük Komitəsinin sabiq əməkdaşı Ukraynadan Azərbaycana ekstradisiya ediləcək
- Gündəm - KriminaI - Ölkə

Gömrük Komitəsinin sabiq əməkdaşı Ukraynadan Azərbaycana ekstradisiya ediləcək

Baş Prokurorluğun Ukraynanın müvafiq qurumuna müraciəti və aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Ənvər Həsən oğlu Tağıyevin ölkəyə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayətini törətməsinə, habelə […]

Kriminal

Baş Prokurorluğun Ukraynanın müvafiq qurumuna müraciəti və aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Ənvər Həsən oğlu Tağıyevin ölkəyə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayətini törətməsinə, habelə aksiz markası ilə markalanmalı olan həmin yükü markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.

Hazırda Ənvər Tağıyevin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Ənvər Tağıyev Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.