• Home  
  • Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb
- Dünya - Gündəm - Hadisə

Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb

Çinin Tibet Muxtar Rayonunun Şiqadze şəhər dairəsində sel nəticəsində 16 nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə “Xinhua” agentliyi regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, təbii fəlakət nəticəsində 546 vətəndaş itkin düşüb. “The Paper”qəzeti qeyd edib ki, itkin düşənlər arasında 23 ölkədən 261 əcnəbi var. Regionda təbii fəlakətlərə qarşı maksimal reaksiya rejimi […]

Çinin Tibet Muxtar Rayonunun Şiqadze şəhər dairəsində sel nəticəsində 16 nəfər həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə “Xinhua” agentliyi regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 546 vətəndaş itkin düşüb.

“The Paper”qəzeti qeyd edib ki, itkin düşənlər arasında 23 ölkədən 261 əcnəbi var.

Regionda təbii fəlakətlərə qarşı maksimal reaksiya rejimi fəaliyyət göstərir. Çin hökuməti axtarış-xilasetmə əməliyyatının və bununla əlaqədar işlərin aparılması üçün 120 milyon yuan (ölkə Mərkəzi Bankının cari məzənnəsi ilə təqribən 18 milyon dollar) ayırıb. Hakimiyyət orqanlarının hesablamalarına görə, bu missiyada 2,1 mindən çox adam, o cümlədən Çin Xalq Azadlıq Ordusunun və Xalq Silahlı Polisinin əsgər və zabitləri, aidiyyəti xidmətlərin və dövlət idarələrinin əməkdaşları iştirak edir.

Daha əvvəl xəbər verilmişdi ki, Nepalın Çinlə sərhəd rayonlarında baş vermiş dağıdıcı daşqın nəticəsində həlak olanların sayı 675 nəfərə çatıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.