• Home  
  • Dominikanın nümayəndəsi “Miss Dünya – 2026” seçilib
- Dünya - Gündəm - Maraqlı

Dominikanın nümayəndəsi “Miss Dünya – 2026” seçilib

Dominikan Respublikasının nümayəndəsi Coheyerri Mola Dominqes Vyetnamın kurort şəhəri Nyaçanqda keçirilən “Miss World – 2026” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. Əks-səda xəbər verir ki, ikinci və üçüncü yerləri müvafiq olaraq İspaniya və Malayziyanın nümayəndələri tutublar. 73-cü “Miss World” müsabiqəsi çərçivəsində xüsusi tədbirlər avqustun 29-dan etibarən keçirilib. Milli gözəllik müsabiqələrində qalib gələn 111 iştirakçı tədbirlərdə iştirak etmək […]

Maraqlı

Dominikan Respublikasının nümayəndəsi Coheyerri Mola Dominqes Vyetnamın kurort şəhəri Nyaçanqda keçirilən “Miss World – 2026” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

Əks-səda xəbər verir ki, ikinci və üçüncü yerləri müvafiq olaraq İspaniya və Malayziyanın nümayəndələri tutublar.

73-cü “Miss World” müsabiqəsi çərçivəsində xüsusi tədbirlər avqustun 29-dan etibarən keçirilib. Milli gözəllik müsabiqələrində qalib gələn 111 iştirakçı tədbirlərdə iştirak etmək üçün Nyaçanqa gəlib.

Final şousu Nyaçanqın mərkəzi çimərliyinin yaxınlığında yerləşən və 20 mindən çox tamaşaçı tutan açıq məkanda keçirilib. Məkanın uzunluğu 110 metrdən, eni isə təxminən 40 metrdən çoxdur. Səhnə çoxsəviyyəli LED ekran, güclü işıqlandırma və səs sistemləri ilə təchiz olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.