Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Əks-səda xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində olub.
Belə ki, 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci il təvəllüdlü Elçin Cabbarovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü H.Cəfərli saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.


