• Home  
  • Kaliforniyada təyyarə qəzasında iki uşaq həlak olub
- Dünya - Gündəm - Hadisə

Kaliforniyada təyyarə qəzasında iki uşaq həlak olub

ABŞ-nin Kaliforniya ştatında, Fresno Yosemite Beynəlxalq Hava Limanı yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki uşaq həlak olub, iki yetkin şəxs isə ağır xəsarət alıb. Əks-səda bu barədə “The New York Post”a (NYP) istinadən xəbər verir. Göyərtəsində dörd nəfərin olduğu təyyarə sentyabrın 5-i yerli vaxtla saat 13:50 radələrində (Bakı vaxtı ilə bazar günü saat 00:50-də) San-Xoakin çayı […]

Hadisə

ABŞ-nin Kaliforniya ştatında, Fresno Yosemite Beynəlxalq Hava Limanı yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki uşaq həlak olub, iki yetkin şəxs isə ağır xəsarət alıb.

Əks-səda bu barədə “The New York Post”a (NYP) istinadən xəbər verir.

Göyərtəsində dörd nəfərin olduğu təyyarə sentyabrın 5-i yerli vaxtla saat 13:50 radələrində (Bakı vaxtı ilə bazar günü saat 00:50-də) San-Xoakin çayı kənarında qəzaya uğrayıb. Xilasedicilər hava gəmisinin qalıqlarını çay kənarındakı sıldırım qayada aşkarlayıblar.

İki yetkin şəxs kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Həlak olan uşaqların şəxsiyyəti və dəqiq yaşı hələlik müəyyən edilməyib.

Qəzanın səbəblərini ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.