• Home  
  • Tovuzda zəncirvari qəza zamanı bir nəfər ölüb
- Gündəm - Hadisə - Ölkə

Tovuzda zəncirvari qəza zamanı bir nəfər ölüb

Tovuz rayonunda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Kia” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə “Mercedes” markalı avtomobil yol kənarında dayanan “VAZ 2206” və “Opel” markalı nəqliyyat vasitələrinə dəyib. Hadisə nəticəsində “Mercedes” markalı avtomobili idarə edən 2004-cü il […]

Hadisə

Tovuz rayonunda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Kia” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə “Mercedes” markalı avtomobil yol kənarında dayanan “VAZ 2206” və “Opel” markalı nəqliyyat vasitələrinə dəyib.

Hadisə nəticəsində “Mercedes” markalı avtomobili idarə edən 2004-cü il təvəllüdlü Əkbər Qasımov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.