ABŞ hərbçiləri İranın dəniz blokadasını bərpa etdiyi vaxtdan etibarən 94 kommersiya gəmisinin istiqamətini dəyişib, üç gəmini vurub və daha iki gəmiyə desant çıxarıb.
Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
“7 sentyabr tarixinə CENTCOM qüvvələri 94 kommersiya gəmisinin istiqamətini dəyişib, üç gəmini vurub və daha iki gəmiyə desant çıxarıb”, – paylaşımda bildirilib.
ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib. Sentyabrın 6-da CENTCOM 92 gəminin istiqamətinin dəyişdirildiyini açıqlamışdı.


