• Home  
  • Fransa ən yeni ballistik raketin sınaqlarını keçirib
- Dünya - Gündəm - Texnologiya

Fransa ən yeni ballistik raketin sınaqlarını keçirib

Fransanın Müdafiə Nazirliyi sualtı qayıqlardan buraxılan ən yeni M51.3 ballistik raketinin ilk sınaq buraxılışının həyata keçirildiyini bildirib. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” müdafiə idarəsinin bəyanatına istinadən xəbər verir. Qeyd olunur ki, sınaq Fransanın nüvə çəkindirmə qüvvələrinin imkanlarını təsdiqləmək məqsədi daşıyır. Nüvə döyüş başlığı olmayan M51.3 raketi Bretaniya (Fransada region – red.) sahillərində buraxılıb. Sınaq, […]

Texnologiya

Fransanın Müdafiə Nazirliyi sualtı qayıqlardan buraxılan ən yeni M51.3 ballistik raketinin ilk sınaq buraxılışının həyata keçirildiyini bildirib.

Əks-səda xəbər verir ki, bu barədə “Reuters” müdafiə idarəsinin bəyanatına istinadən xəbər verir.

Qeyd olunur ki, sınaq Fransanın nüvə çəkindirmə qüvvələrinin imkanlarını təsdiqləmək məqsədi daşıyır.

Nüvə döyüş başlığı olmayan M51.3 raketi Bretaniya (Fransada region – red.) sahillərində buraxılıb. Sınaq, əsaslı təmirdən sonra Le Vigilant atom sualtı qayığının bu tip silahın tətbiqinə hazırlığını təsdiqləmək məqsədilə aparılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.