• Home  
  • Gürcüstan azərbaycanlı da daxil daha 61 əcnəbini deportasiya edib
- Cəmiyyət - Dünya - Gündəm - Hadisə

Gürcüstan azərbaycanlı da daxil daha 61 əcnəbini deportasiya edib

Gürcüstan 61 xarici vətəndaşı deportasiya edib. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, ölkədən çıxarılan şəxslər Hindistan, Misir, Türkiyə, Kuba, Azərbaycan, Türkmənistan, Rusiya, Nigeriya, Ermənistan, Belarus, Özbəkistan, Burundi, Efiopiya və Pakistan vətəndaşlarıdır. Deportasiya olunan şəxslərin Gürcüstana girişinə mövcud qanunvericiliyə uyğun olaraq qadağa qoyulub. Nazirlik bildirir ki, cari ilin əvvəlindən Miqrasiya […]

Dünya

Gürcüstan 61 xarici vətəndaşı deportasiya edib.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkədən çıxarılan şəxslər Hindistan, Misir, Türkiyə, Kuba, Azərbaycan, Türkmənistan, Rusiya, Nigeriya, Ermənistan, Belarus, Özbəkistan, Burundi, Efiopiya və Pakistan vətəndaşlarıdır.

Deportasiya olunan şəxslərin Gürcüstana girişinə mövcud qanunvericiliyə uyğun olaraq qadağa qoyulub.

Nazirlik bildirir ki, cari ilin əvvəlindən Miqrasiya Departamentinin əməkdaşları tərəfindən artıq 3 minə yaxın xarici vətəndaş Gürcüstandan deportasiya edilib. Bu göstərici əvvəlki ilin ümumi rəqəmindən xeyli çoxdur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.