• Home  
  • Ceki Çan “Tanrının zirehi 4” filminin çəkilişləri üçün Bakıdadır
- Gündəm - Hadisə - Ölkə

Ceki Çan “Tanrının zirehi 4” filminin çəkilişləri üçün Bakıdadır

Əfsanəvi aktyor Ceki Çan Bakıdadır və burada “Tanrının zirehi 4: Ultimatum” beynəlxalq macəra filminin bəzi səhnələrinin çəkilişləri başlayır. Əks-səda Qazaxıstanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, aktyor Azərbaycanın paytaxtında təxminən on gün keçirəcək. Filmin əsas çəkiliş meydançası Qazaxıstandır. Manqistau və Almatı vilayətlərində, eləcə də Almatıda çəkilişlər baş tutub. Qazaxıstan tərəfinin təklifi ilə çəkilişlər üçün ikinci ölkə […]

Əfsanəvi aktyor Ceki Çan Bakıdadır və burada “Tanrının zirehi 4: Ultimatum” beynəlxalq macəra filminin bəzi səhnələrinin çəkilişləri başlayır.

Əks-səda Qazaxıstanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, aktyor Azərbaycanın paytaxtında təxminən on gün keçirəcək.

Filmin əsas çəkiliş meydançası Qazaxıstandır. Manqistau və Almatı vilayətlərində, eləcə də Almatıda çəkilişlər baş tutub. Qazaxıstan tərəfinin təklifi ilə çəkilişlər üçün ikinci ölkə olaraq Azərbaycan seçilib. Filmin istehsalı ilə Qazaxıstanın “Salem Entertainment” kinokompaniyası məşğul olur. Layihənin prodüseri şirkətin qurucusu Rüstəm Omarov, rejissoru isə namizədliyini şəxsən Ceki Çanın təsdiqlədiyi qazaxıstanlı quruluşçu və kaskadyor Robert Kundur. Bakıdakı çəkilişlərə Qazaxıstanın Azərbaycandakı səfirliyi dəstək göstərir.

Bakıdakı çəkilişlər üçün şəhərin ən çox tanınan görməli yerlərindən bəziləri seçilib. Kadrlarda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı görünəcək.

Filmin premyerası 2027-ci ilə planlaşdırılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.