• Home  
  • Fransada muzeydən 9 milyon avro dəyərində tablolar oğurlanıb
- Dünya - Gündəm - Hadisə - Mədəniyyət və Incəsənət

Fransada muzeydən 9 milyon avro dəyərində tablolar oğurlanıb

Fransada Oqüst Renuar muzeyindən ümumi dəyəri təxminən 9 mln. avro olan üç tablo oğurlanıb. Dördüncü əsəri cinayətkarlar polis təqibi zamanı atıblar. Əks-səda xəbər verir ki, bu barədə Kan-sür-Mer kommunasının meri Brian Masson bəyanat verib. Oğrular sentyabrın 8-i səhər saatlarında muzeye daxil olaraq dörd tabonu çıxarıb aparıblar. Təqib zamanı onlar tablolardan birini atıblar, lakin digərlərini oğurlamağa müvəffəq olublar. […]

Hadisə

Fransada Oqüst Renuar muzeyindən ümumi dəyəri təxminən 9 mln. avro olan üç tablo oğurlanıb. Dördüncü əsəri cinayətkarlar polis təqibi zamanı atıblar.

Əks-səda xəbər verir ki, bu barədə Kan-sür-Mer kommunasının meri Brian Masson bəyanat verib.

Oğrular sentyabrın 8-i səhər saatlarında muzeye daxil olaraq dörd tabonu çıxarıb aparıblar. Təqib zamanı onlar tablolardan birini atıblar, lakin digərlərini oğurlamağa müvəffəq olublar.

“Renuar muzeyinə hücum Kan-sür-Merin tarixinin və irsinin bir hissəsinə hücumdur. Bu cür hərəkətlər xüsusilə ciddi xarakter daşıyır”, – mer vurğulayıb.

Oğurlanan əsərlərin adları hələlik açıqlanmır. Lakin merin ofisindən bildiriblər ki, oğurlanan tabloların dəyəri 9 mln. avro həcmində qiymətləndirilir.

Əvvəllər Europol incəsənət əsərlərinin Avropada oğurlanmasının getdikcə daha zorakı xarakter aldığını bildirib. Hüquq-mühafizə agentliyinin məlumatına görə, ixtisaslaşmış cinayətkar qrupların yerini situativ formalaşdırılan qruplar tutur və onların iştirakçıları çox vaxt sosial şəbəkələr vasitəsilə tapılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.