• Home  
  • Messi İspaniyanın “Eldense” klubunu almaq barədə razılığa gəlib
- Dünya - Gündəm - Idman

Messi İspaniyanın “Eldense” klubunu almaq barədə razılığa gəlib

Argentinalı futbolçu Lionel Messi İspaniyanın “Eldense” klubunu almaq barədə prinsipial razılığa gəlib. Əks-səda xəbər verir ki, bu barədə “Marca” qəzeti mənbəyə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, “İnter Mayami”nin hücumçusu və kapitanı klubun hazırkı sahibləri ilə razılığa gəlib və üçüncü tərəflərin iştirakı olmadan səhmlərin 100%-ni əldə edəcək. Bildirilib ki, bu qərar argentinalının futboldakı irsini investisiya etməklə […]

İdman

Argentinalı futbolçu Lionel Messi İspaniyanın “Eldense” klubunu almaq barədə prinsipial razılığa gəlib.

Əks-səda xəbər verir ki, bu barədə “Marca” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, “İnter Mayami”nin hücumçusu və kapitanı klubun hazırkı sahibləri ilə razılığa gəlib və üçüncü tərəflərin iştirakı olmadan səhmlərin 100%-ni əldə edəcək.

Bildirilib ki, bu qərar argentinalının futboldakı irsini investisiya etməklə davam etdirmək istəyi ilə bağlıdır.

İspaniya çempionatının ikinci ən güclü divizionunda çıxış edən klub Alikante vilayətində, Kataloniyadan çox da uzaq olmayan ərazidə yerləşir. Messi peşəkar karyerasını başa vurduqdan sonra burada yaşamağı planlaşdırır.

Qeyd edək ki, aprel ayında 39 yaşlı Messinin Kataloniyada yerləşən “Kornelya” klubunun sahibi olduğu məlum olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.