• Home  
  • Ermənistan parlamentində spiker və müxalifətçi deputat arasında gərginlik yaşanıb
- Dünya - Gündəm - Hadisə - Siyasət

Ermənistan parlamentində spiker və müxalifətçi deputat arasında gərginlik yaşanıb

Ermənistan parlamentinin iclası insidentlə başlayıb – spiker Ruben Rubinyan “Güclü Ermənistan”ın deputatı Edqar Kazaryanın mikrofonunu söndürüb və təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırıb. Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. E.Kazaryan parlament sədrinin deputatlara münasibətini tənqid edib. Buna cavab olaraq R.Rubinyan çıxışın iclasın gündəliyinə aid olmadığını bildirib və nitqi dayandırmağı tələb edib. E.Kazaryan çıxışını davam […]

Ermənistan parlamentinin iclası insidentlə başlayıb – spiker Ruben Rubinyan “Güclü Ermənistan”ın deputatı Edqar Kazaryanın mikrofonunu söndürüb və təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırıb.

Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

E.Kazaryan parlament sədrinin deputatlara münasibətini tənqid edib. Buna cavab olaraq R.Rubinyan çıxışın iclasın gündəliyinə aid olmadığını bildirib və nitqi dayandırmağı tələb edib. E.Kazaryan çıxışını davam etdirdikdən sonra parlamentin spikeri təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırıb ki, deputatdan yerinə qayıtmasını tələb etsinlər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.