• Home  
  • Tramp İrlandiyada Avropa liderləri ilə görüşəcək
- Dünya - Gündəm - Siyasət

Tramp İrlandiyada Avropa liderləri ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp həftəsonunu keçirəcəyi İrlandiyada bir neçə Avropa lideri ilə görüşmək niyyətində olduğunu bildirib. Əks-səda xəbər verir ki, bu barədə Amerika lideri Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında Avropaya uçuş ərəfəsində jurnalistlərə danışıb. “Avropa liderləri və digərləri ilə görüşəcəyik. Ona görə də çox maraqlı olacaq. Biz fəal şəkildə ticarət aparırıq”, – o, təfərrüatları açıqlamadan bildirib. […]

Donald Tramp

ABŞ Prezidenti Donald Tramp həftəsonunu keçirəcəyi İrlandiyada bir neçə Avropa lideri ilə görüşmək niyyətində olduğunu bildirib.

Əks-səda xəbər verir ki, bu barədə Amerika lideri Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında Avropaya uçuş ərəfəsində jurnalistlərə danışıb.

“Avropa liderləri və digərləri ilə görüşəcəyik. Ona görə də çox maraqlı olacaq. Biz fəal şəkildə ticarət aparırıq”, – o, təfərrüatları açıqlamadan bildirib.

Ağ Ev daha əvvəl bildirib ki, Tramp 12 və 13 sentyabr tarixlərində İrlandiyada olacaq. Onun xüsusilə Baş nazir Mixol Martinlə görüşəcəyi və qolf turnirinə qatılacağı gözlənilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.