• Home  
  • Hörmüz boğazında gəmilərdən biri hücuma məruz qalıb
- Dünya - Gündəm - Hadisə

Hörmüz boğazında gəmilərdən biri hücuma məruz qalıb

Hörmüz boğazından keçən bir gəmiyə mərmi atılıb. Əks-səda xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarətinin Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb. “Ekipajın vəziyyəti, zərərin qiymətləndirilməsi və ətraf mühitə təsiri hazırda məlum deyil”, – məlumatda qeyd olunub və bildirilib ki, hücumdan sonra gəmidə yanğın baş verib. Əlavə edilib ki, yerli səlahiyyətlilər hadisə yerindədir […]

Hadisə

Hörmüz boğazından keçən bir gəmiyə mərmi atılıb.

Əks-səda xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarətinin Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

“Ekipajın vəziyyəti, zərərin qiymətləndirilməsi və ətraf mühitə təsiri hazırda məlum deyil”, – məlumatda qeyd olunub və bildirilib ki, hücumdan sonra gəmidə yanğın baş verib.

Əlavə edilib ki, yerli səlahiyyətlilər hadisə yerindədir və ekipaj üzvlərinin təxliyəsinə kömək edirlər: “Səlahiyyətlilər araşdırma apardığı müddətdə gəmilərə keçidi ehtiyatla həyata keçirmək və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.