• Home  
  • Tramp İrlandiya viskisinə rüsumların ləğv ediləcəyini açıqlayıb
- Dünya - Gündəm - İQTİSADİYYAT

Tramp İrlandiya viskisinə rüsumların ləğv ediləcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İrlandiya viskisinə tətbiq edilən gömrük rüsumlarını ləğv edəcəyini bildirib. Əks-səda xəbər verir ki, ABŞ lideri bu barədə İrlandiyadakı qolf klubunda çıxışı zamanı bildirib. Tramp İrlandiya istehsalı olan viskiyə tətbiq edilən gömrük rüsumlarının ləğv edilməsi xahişi ilə ona müraciət olunduğu versiyasını açıqlayıb. “Birləşmiş Ştatlar adından mən bu rüsumları ləğv etmək niyyətində olduğumu bəyan […]

Donald Tramp

ABŞ Prezidenti Donald Tramp İrlandiya viskisinə tətbiq edilən gömrük rüsumlarını ləğv edəcəyini bildirib.

Əks-səda xəbər verir ki, ABŞ lideri bu barədə İrlandiyadakı qolf klubunda çıxışı zamanı bildirib.

Tramp İrlandiya istehsalı olan viskiyə tətbiq edilən gömrük rüsumlarının ləğv edilməsi xahişi ilə ona müraciət olunduğu versiyasını açıqlayıb.

“Birləşmiş Ştatlar adından mən bu rüsumları ləğv etmək niyyətində olduğumu bəyan edirəm”, – ABŞ Prezidenti bildirib.

Xatırladaq ki, ABŞ administrasiyası 2025-ci ilin aprelində 185 ölkə və ərazidən olan məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. 10% həcmində universal tariflər aprelin 5-də, fərdi tariflər isə 9 aprel 2025-ci ildə qüvvəyə minib.

Fevralın 20-də ABŞ Ali Məhkəməsi administrasiyanın beynəlxalq fövqəladə hallar zamanı iqtisadi səlahiyyətlər haqqında qanuna əsasən digər ölkələrə qarşı idxal rüsumları tətbiq etməsini səlahiyyətlərin aşılması kimi tanıyıb.

Eyni zamanda, ali məhkəmə instansiyası ABŞ-nin əvvəllər rüsum kimi ödənilən pulları qaytarıb-qaytarmamalı olduğuna aydınlıq gətirməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.