Egey dənizinin Türkiyənin İzmir vilayətinin Çeşmə və Menderes rayonları sahillərində 56 qanunsuz miqrant saxlanılıb.
Əks-səda xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Çeşmədə 41, Menderesdə isə 15 qanunsuz miqrant saxlanılıb.
Həmin miqrantlar Miqrasiya İdarəsinə göndəriliblər.


