• Home  
  • CENTCOM: Hörmüz boğazında “Alqaya” tankerinə hücum edilib
- Dünya - Gündəm - Hadisə

CENTCOM: Hörmüz boğazında “Alqaya” tankerinə hücum edilib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Panama bayrağı altında üzən “Alqaya” tankerinin Hörmüz boğazında partlaması iddiasını təkzib edib. Əks-səda xəbər verir ki, bununla bağlı paylaşım hərbçilərin “X” sosial şəbəkəsindəki səhifəsində edilib. CENTCOM-un məlumatına görə, tanker hələ avqustda İranın raket zərbəsi nəticəsində sıradan çıxarılıb. “Bu həftə sonu İran Oman sahillərində sularda olarkən […]

Hadisə

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Panama bayrağı altında üzən “Alqaya” tankerinin Hörmüz boğazında partlaması iddiasını təkzib edib.

Əks-səda xəbər verir ki, bununla bağlı paylaşım hərbçilərin “X” sosial şəbəkəsindəki səhifəsində edilib.

CENTCOM-un məlumatına görə, tanker hələ avqustda İranın raket zərbəsi nəticəsində sıradan çıxarılıb.

“Bu həftə sonu İran Oman sahillərində sularda olarkən tankeri yenidən dronla vurub. Tanker hazırda regional tərəfdaş tərəfindən yedəklənir”, – açıqlamada deyilir.

Daha əvvəl SEPAH Hörmüz boğazının cənub zonasından keçməyə çalışarkən gəminin minaya düşdüyünü bildirib. Gəmidə yanğın baş verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.