• Home  
  • İstanbulda aramsız yağışlar nəticəsində 3 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

İstanbulda aramsız yağışlar nəticəsində 3 nəfər ölüb

Türkiyədə iki gündür, aramsız yağışlar bir sıra fəsadlara yol açıb. Əks-səda Türkiyə mediasına istinadən xəbər verir ki, sel suları səbəbindən İstanbulda 3 nəfər həyatını itirib, 4 nəfər itkin düşüb. İstanbulla yanaşı, Zonguldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində bütün təhsil müəssisələrində dərslər ikigünlük dayandırılıb. Güclü yağışdan sonra İstanbulun Sarıyer rayonunun Ayazağa ərazisində suyun səviyyəsi yüksəldiyindən avtomobillər […]

Türkiyədə iki gündür, aramsız yağışlar bir sıra fəsadlara yol açıb.

Əks-səda Türkiyə mediasına istinadən xəbər verir ki, sel suları səbəbindən İstanbulda 3 nəfər həyatını itirib, 4 nəfər itkin düşüb.

İstanbulla yanaşı, Zonguldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində bütün təhsil müəssisələrində dərslər ikigünlük dayandırılıb.

Güclü yağışdan sonra İstanbulun Sarıyer rayonunun Ayazağa ərazisində suyun səviyyəsi yüksəldiyindən avtomobillər yolda qalıb, nəqliyyatın hərəkəti dayanıb. Eləcə də ərazidə fəaliyyət göstərən fabriklərdən birində sel suları səbəbindən işçilər köməksiz vəziyyətdə qalıb. Ümumilikdə şəhərdə 800-dən çox evə, 280-dən çox iş yerinə və onlarla avtomobilə ziyan dəydiyi bildirilir.

Bir sıra küçə, tunel və yeraltı keçidləri su basıb, sel suları Beylikdüzünün Adnan Kahveci məhəlləsində torpaq sürüşməsinə səbəb olub.

Kocaeli vilayətinin Kandıra, İzmit və Gebze rayonlarında çaylar məcrasından çıxaraq evləri və yolları su altında qoyub.

Sakaryanın Karasu rayonunda da binaların zirzəmilərini su basıb, Adapazarı–Karasu yolu hər iki istiqamətdə nəqliyyat üçün bağlanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.