• Home  
  • WSJ: ABŞ kosmosdan hərbi istifadənin normallaşmasına çalışır
- Dünya - Gündəm - Texnologiya

WSJ: ABŞ kosmosdan hərbi istifadənin normallaşmasına çalışır

ABŞ hakimiyyəti kosmosdan hərbi məqsədlərlə istifadənin ölkənin maraqlarının qorunması siyasətində daha adi və açıq müzakirə olunan istiqamətə çevrilməsinə çalışıb. Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Qeyd olunub ki, bu həftə orbitdə yerləşdirilən silah sistemləri ilə bağlı açıqlanan məlumatlar ABŞ hərbçilərinin kosmosdan istifadəsini normallaşdırmağa yönəlmiş daha geniş kampaniyanın bir hissəsi […]

Texnologiya

ABŞ hakimiyyəti kosmosdan hərbi məqsədlərlə istifadənin ölkənin maraqlarının qorunması siyasətində daha adi və açıq müzakirə olunan istiqamətə çevrilməsinə çalışıb.

Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, bu həftə orbitdə yerləşdirilən silah sistemləri ilə bağlı açıqlanan məlumatlar ABŞ hərbçilərinin kosmosdan istifadəsini normallaşdırmağa yönəlmiş daha geniş kampaniyanın bir hissəsi olub.

ABŞ rəsmiləri hesab ediblər ki, bu cür imkanların daha açıq şəkildə müzakirə olunması çəkindirmə funksiyasını da yerinə yetirə bilər.

Bununla yanaşı, ABŞ hakimiyyətinin nümayəndələri vurğulayıblar ki, bu sistemlər barədə ictimaiyyətə açıq danışmaq qərarı hər hansı konkret beynəlxalq hadisə və ya hazırda davam edən hərbi əməliyyatla bağlı olmayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.