• Home  
  • Sudanda qızıl mədəni çöküb, azı 60 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Sudanda qızıl mədəni çöküb, azı 60 nəfər ölüb

Sudanın cənubunda qızıl mədəninin çökməsi nəticəsində azı 60 nəfər ölüb, onlarla mədənçi isə dağıntılar altında qalmış ola bilər. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 15-i Qərbi Kordofan əyalətindəki El-Naxud şəhərinin yaxınlığında yerləşən Əl-Zəraa şaxtasında baş verib. Bildirilib ki, bu gün səhərə qədər dağıntılar altından ölən 63 nəfərin meyiti çıxarılıb. Şahidlərin sözlərinə görə, ölənlərin […]

Hadisə

Sudanın cənubunda qızıl mədəninin çökməsi nəticəsində azı 60 nəfər ölüb, onlarla mədənçi isə dağıntılar altında qalmış ola bilər.

Əks-səda xarici mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 15-i Qərbi Kordofan əyalətindəki El-Naxud şəhərinin yaxınlığında yerləşən Əl-Zəraa şaxtasında baş verib.

Bildirilib ki, bu gün səhərə qədər dağıntılar altından ölən 63 nəfərin meyiti çıxarılıb.

Şahidlərin sözlərinə görə, ölənlərin və ehtimal edilən sağ qalanların axtarışı üzrə işlər primitiv alətlərdən istifadə edilməklə davam etdirilir, lakin dağıntıların aradan qaldırılması üçün ağır texnika lazımdır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.