İspaniyanın “Barselona” klubu “Espanyol”un hücumçusu Roberto Fernandeslə maraqlanır.
Əks-səda xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib.
Bildirilir ki, Fernandesin namizədliyi “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin xahişi ilə nəzərdən keçirilib.
R.Fernandesin transferində İtaliyanın “Fiorentina” və “Komo”, həmçinin İngiltərənin “Hall Siti” klublarının da maraqlı olduğu qeyd edilir.
Onun “Espanyol”la müqaviləsinin müddəti 2031-ci ildə başa çatacaq. Futbolçunun bazar dəyəri 10 milyon avro qiymətləndirilir.
Roberto Fernandes cari mövsüm La Liqada 6 oyunda meydana çıxıb və 6 qol vurub.


