• Home  
  • Bakıda 10 otaqlı yaşayış evində yanğın olub
- Gündəm - Hadisə - Ölkə

Bakıda 10 otaqlı yaşayış evində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Əfəndiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Əks-səda xəbər verir ki, qurumun məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi […]

Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Əfəndiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Əks-səda xəbər verir ki, qurumun məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan 10 otaqlı mansard tipli birmərtəbəli fərdi yaşayış evinin mansardında bir otağın yanar konstruksiyaları 20 kv.m və 1-ci mərtəbədə bir otağın tavanı 16 kv.m sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə edilib, xəsarət alan olmayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.