• Home  
  • “Brayton” və “Aston Villa” Mauro Koroneli transfer etmək istəyir
- Dünya - Gündəm - Idman

“Brayton” və “Aston Villa” Mauro Koroneli transfer etmək istəyir

İngiltərənin “Brayton” və “Aston Villa” klubları Paraqvayın “Nasyonal” komandasının müdafiəçisi Mauro Koroneli transfer etmək niyyətindədir. Əks-səda “Teamtalk”a istinadən xəbər verir ki, mərkəz müdafiəçisi mövqeyində çıxış edən 18 yaşlı paraqvaylı futbolçu ölkəsinin ən parlaq istedadlarından biri hesab edilir. O, “Nasyonal”ın əsas heyət üzvünə çevrilib və 2026-cı ildə yüksək liqada 16 matça çıxıb. Komanda bu qarşılaşmaların 8-də qapısını […]

İdman

İngiltərənin “Brayton” və “Aston Villa” klubları Paraqvayın “Nasyonal” komandasının müdafiəçisi Mauro Koroneli transfer etmək niyyətindədir.

Əks-səda “Teamtalk”a istinadən xəbər verir ki, mərkəz müdafiəçisi mövqeyində çıxış edən 18 yaşlı paraqvaylı futbolçu ölkəsinin ən parlaq istedadlarından biri hesab edilir.

O, “Nasyonal”ın əsas heyət üzvünə çevrilib və 2026-cı ildə yüksək liqada 16 matça çıxıb. Komanda bu qarşılaşmaların 8-də qapısını toxunulmaz saxlayıb.

Futbolçunun müqaviləsinin müddəti 2026-cı il dekabrın sonunda başa çatır. Bu səbəbdən “Nasyonal” onu pulsuz itirmək təhlükəsi ilə üz-üzədir.

Oyunçunun agenti Renato Bittar Avropa klublarının uzun müddətdir müştərisini izlədiyini təsdiqləyib.

Qeyd edək ki, Paraqvayın U-17 və U-20 millilərində çıxış etmiş M.Koronelin dəyəri “Transfermarkt” tərəfindən 400 min avro qiymətləndirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.