• Home  
  • İstanbulda çökən binanın memarı və tikinti rəhbəri barəsində həbs qərarı verilib
- Dünya - Gündəm - Hadisə

İstanbulda çökən binanın memarı və tikinti rəhbəri barəsində həbs qərarı verilib

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi ilə əlaqədar binanın memarı və tikinti üzrə məsul şəxs saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Qeyd olunub ki, hələlik binanın çökmə səbəbi məlum deyil. İstintaq tədbirləri davam etdirilir. Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası […]

Hadisə

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi ilə əlaqədar binanın memarı və tikinti üzrə məsul şəxs saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, hələlik binanın çökmə səbəbi məlum deyil. İstintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çökməsi nəticəsində 2 nəfər həyatını itirib. Hadisə nəticəsində 10 nəfər xilas edilib, 2 nəfərin isə dağıntılar altında axtarışları davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.