Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistan əyalətinin Saran-Tangi bölgəsində “Şaban-2” əməliyyatı çərçivəsində 6 yaraqlını öldürüb, 9 şübhəlini isə saxlayıb.
Əks-səda “Dawn”a istinadən xəbər verir ki, əməliyyat kəşfiyyat məlumatları əsasında keçirilib.
Qeyd olunub ki, hərbçilər həmçinin böyük silah və sursat anbarı aşkar ediblər. Pakistan təhlükəsizlik qüvvələrinin sözügedən ərazidə operativ tədbirləri davam edir.


