ABŞ Hərbi Hava Qüvvələrinin “F-16” qırıcısı Almaniyanın Reynland-Pfalts torpağındakı Şpanqdalem aviabazası ərazisində qəzaya uğrayıb.
Əks-səda xəbər verir ki, insident barədə “Trierischer Volksfreund” qəzeti bir neçə məxfi mənbəyə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, qəza pilotun təyyarəni endirmək cəhdi zamanı baş verib. O, katapult edə bilib, bundan sonra qırıcı Binsfeld və Şpanqdalem arasındakı qolf meydançasına düşüb.
Şpanqdalem aviabazasında “F-16” qırıcılarından ibarət eskadrilya yerləşir.
Xatırladaq ki, 2019-cu ilin oktyabrında eyni ərazidə başqa bir qırıcı qəzaya uğrayıb.


