• Home  
  • Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib
- Gündəm - Hadisə - Ölkə

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi “Opel” markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. Əks-səda xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, işıqlandırma cihazı olmayan velosipedlə sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan yolda hərəkət edən V.Həbilov zərbənin təsirindən yolun hərəkət […]

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi “Opel” markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub.

Əks-səda xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, işıqlandırma cihazı olmayan velosipedlə sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan yolda hərəkət edən V.Həbilov zərbənin təsirindən yolun hərəkət hissəsinə düşüb və arxadan gələn “Mercedes” markalı avtomobil onun üzərindən keçib.

Velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə 62 yaşlı V.Həbilovun velosiped idarə etmək üzrə vərdişləri olmayıb, lakin o, həmin gün ilk dəfə işə çıxdığı müəssisədən evə qayıtmaq üçün velosiped götürüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.