• Home  
  • “Borussiya” klubu yeni baş məşqçisini açıqlayıb
- Dünya - Gündəm - Idman

“Borussiya” klubu yeni baş məşqçisini açıqlayıb

Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu Aleksander Blessini baş məşqçi vəzifəsinə təyin edib. Əks-səda xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı almaniyalı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. Blessin bu postda sentyabrın 13-də vəzifəsindən ayrılan Oygen Polanskini əvəzləyib. Münhenqladbax kollektivi 2026/2027 mövsümündə Bundesliqada keçirdiyi ilk 4 oyunun hamısında məğlub olub. Qeyd eək […]

İdman

Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu Aleksander Blessini baş məşqçi vəzifəsinə təyin edib.

Əks-səda xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

53 yaşlı almaniyalı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. Blessin bu postda sentyabrın 13-də vəzifəsindən ayrılan Oygen Polanskini əvəzləyib.

Münhenqladbax kollektivi 2026/2027 mövsümündə Bundesliqada keçirdiyi ilk 4 oyunun hamısında məğlub olub.

Qeyd eək ki, Aleksander Blessinin son iş yeri Almaniyanın “Sankt-Pauli” klubu olub. 53 yaşlı mütəxəssis ötən mövsümün sonunda bu komanda ilə Bundesliqadan aşağı dəstəyə düşüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.