• Home  
  • İlham Əliyev: Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir
- Manşet - Rəsmi - Siyasət

İlham Əliyev: Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir

Sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir. Əks-səda xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib. Onun sözlərinə görə, bu əməkdaşlıq formatının geosiyasi əhəmiyyəti energetika və nəqliyyat sahələrindəki birgə layihələrlə məhdudlaşmır. “Ölkələrimizin […]

Prezident İlham Əliyev

Sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir.

Əks-səda xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.

Onun sözlərinə görə, bu əməkdaşlıq formatının geosiyasi əhəmiyyəti energetika və nəqliyyat sahələrindəki birgə layihələrlə məhdudlaşmır.

“Ölkələrimizin sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitliyi bütün uğurlarımızın əsasını təşkil edir, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin gücləndirilməsinin təminatıdır”, – dövlət başçısı vurğulayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.